...

Azərbaycan may ayınadək ölkənin əcnəbi vətəndaşları üçün viza blankları alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2008 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın Maliyyə Nazirliyi həftə ərzində Azərbaycana gələn əcnəbi vətəndaşlar üçün 500 min həcmində viza blankının hazırlanması üzrə sifarişin ödənilməsi üçün akkreditiv açmağa hazırdır. Bu barədə çərşənbə axşamı hökumətdən bildiriblər.

Sifarişin yerinə yetirilməsi üçün müqavilə Britaniyanın Optaglio şirkəti ilə bağlanıb. Şirkət viza blanklarının forması təsdiqlənəndən sonra onların hazırlanmasına başlayacaq. Maliyyə Nazirliyi bu prosesi sürətləndirmək niyyətindədir. Belə ki, akkreditiv açıldıqdan sonra viza blankları 60 gün müddətində Azərbaycana gətirilməlidirlər.

Optaglio sifarişi 199 min avroya yerinə yetirəcək.

Ötən il sentyabrın 18-də keçirilən tenderdə ümumilikdə beş şirkət iştirak edib. İkinci yer blankların hazırlanma dəyərini 345 min avro, hazırlanma müddətini 110 gün təklif edən Polşanın "Fabrike çennıx bumaq", üçüncü yer Ukraynanın "Poliqrafiçeskiy kombinat" müəssisəsinə (sifarişin qiyməti $450 min, hazırlanma vaxtı 16-17 həftə) verilib.

Tenderdə Litvanın Carsu Pasarlius və Estoniyanın Vaba Maa şirkətləri də iştirak ediblər.

Tenderin şərtlərinə görə, viza blankları müdafiə elementlərinə malik olmalı, həmçinin, dünya standartlarına cavab verən kağızdan hazırlanmalıdır.

Xəbər lenti

Xəbər lenti