...

Azərbaycanın iri özəl bankı 2008-ci ildə ipoteka portfelini bir neçə dəfə artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2008 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / " , müxbir Ü.İsmayılova / İri özəl sektor bankı və böyüklüyünə görə Azərbaycanın ikinci bankı - "Bank Standard" ilin sonuna öz ipoteka portfelini bir neçə dəfə artırmaq niyyətindədər, cümə günü bankın ölkədə ilk ixtisaslaşdırılmış ipoteka filialının açılışında "Bank Standard"ın İdarə Heyəti sədrinin müavini Cavid Quliyev deyib.

"Bankın ipoteka portfelini yalnız şəxsi vəsaitlər hesabına bir neçə dəfə artırmaq planlaşdırılır" - Quliyev deyib.

"Bank Standard" "Mənzilim" şəxsi ipoteka proqramı üzrə 1,5 mln. manat məbləğində 52 kredit verib.

Yanvarda "Bank Standard" "Mənzilim" çərçivəsində əlavə iki məhsul - "Yeni tikili" və "Gənc ailə" buraxıb. Kredit verilməsi prosedurları sadələşib və faiz dərəcəsi 15-18 faiz arasında dəyişilib. Kreditin müddəti beş il müddətinə 200 min manat məbləğində müəyyən edilib.

2007-ci ilin yekunu üzrə "Bank Standard"ın aktivlərinin ümumi həcmi 608,6 mln. manat təşkil edib. 2007-ci il ərzində bankın aktivləri 356 mln. manat və ya 141 faiz artıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti