...

Gəncədə avtomobillərin sayı 30 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2008 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / " , müxbir V.Məmmədov / "Azərbaycanın Gəncə şəhərində hər iki ailəyə bir avtomobil düşür" - şənbə günü Gəncə şəhər İcra Hakimiyyətindən jurnalistlərə bildiriblər. "Son üç ilə ərzində Gəncədə avtomobillərin sayı 30 faiz artıb" - İcra Hakimiyyətindən deyiblər.

Ötən il şəhərdə qeydiyyatdan keçən avtomobillərin sayı üç minə çatıb.

Hazırda Gəncədə 65 min ailə yaşayır. Yanvarın 1-nə olan məlumata əsasən, Gəncədə avtomobillərin sayı 24707 təşkil edir, bunun 19681-i minik avtomobili, 580-ni avtobuslardır.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti