...

Azərbaycan hökuməti lizinq fəaliyyətinə dair ayrıca qanunun hazırlanmasını vacib saymır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2008 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / " müxbir U.İsmayılova/ Lizinq sahibkarlıq fəaliyyətinin sahələrindən biridir və ayrıca qanuna ehtiyacı yoxdur. Bu barədə bazar ertəsi Parlamentin İqtisadi siyasət məsələləri komissiyasının sədri, deputat Ziyad Səmədzadə bildirib.

"Lizinq - sahibkarlıq fəaliyyətinin Gömrük Məcəlləsi, Vergi Məcəlləsi, o cümlədən sahibkarlığın bu sahə ilə bağlı digər qanunları ilə nizamlanan bir növüdür" - deyə Səmədzadə vurğulayıb.

Azərbaycanda lizinqə dair ayrıca qanun yoxdur, bu sahə Cinayət Məcəlləsinin maddələri ilə nizamlanır.

Səmədzadənin sözlərinə görə, hazırda bir çox maliyyə strukturları lizinq fəaliyyəti həyta keçirir, aqrar sektorun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlavə vasait ayırır "və mən deməzdim ki, burada xüsusi qanuna ehtiyac var".

"Amma bu məsələ aktualdır. Lakin digər dövlətlərin təcrübəsini öyrənən ölkənin iqtisadi strukturları hələ ki, ayrıca qanunsuz ötüşməyin mümkün olduğunu bildirirlər" - deyə Səmədzadə əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital

Xəbər lenti

Xəbər lenti