...

AYİB 2008-ci ildə Azərbaycanda qeyri -neft sektorunda layihələrin maliyyələşdirilməsinə üstünlük verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2008 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral/ " müxbir İ.Xəlilova/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2008-ci ildə Azərbaycanda ümumi məbləği 140-180 mln. olan 18 layihənin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə çərşənbə axşamı AYİB nümayəndəliyinin rəhbəri Fransiz Deleyi məlumat verib.

Onlardan səkkizi sahibkarların maliyyələşdirilməsinə yönəlmiş kiçik layihələrdir. Buna baxmayaraq, onlardan iki-üçü sahibkarlıq fəaliyyətinin inkişafı ilə bağlıdır. Bank sektorunun gücləndirilməsi üçün 60 mln. avro yönəltmək planlaşdırılır. Bu vəsait kiçik və orta biznesin, ipoteka kreditləşməsinin, mikromaliyyələşdirmənin dəstəklənməsi üçün nəzərdə tutulub. Bu gün Avropa Bankı Azərbaycanın 8 bankı ilə işləyir.

Onun sözlərinə görə, ölkə hökuməti ilə avtomobil yollarının yenidən qurulması, dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi istiqamətində infrastruktur layihələrinin maliyyələşdirilməsi üzrə danışıqlar aparılır.Lakin Avropa bankı beynəlxalq limanın tikintisində iştirak etməyə hazırlaşmır. Hər halda, hazırki mərhələdə bu sahədə danışıqlar aparılmır.

Azərbaycanda fəaliyyətə başladığı andan Avropa Bankının Azərbaycan layihələrindəki maliyyələşdirmə portfeli $1 mlrd. , birgə maliyyələşdirilən layihələr nəzərə alınmaqla isə, $4 mlrd. təşkil edir. 2007-ci il iyunun 30-da AYİB 61 layihənin reabilitasiyası üçün 482,4 mln. avro ayırıb.

Məqalə müəllfinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti