...

"Kauthar Bank" Bakıda ən hündür binanın tikintisinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2008 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / " müxbir Ü.İsmayılova/ Azərbaycanda şəriət prinsipləri üzrə işləyən ilk bank - "Kauthar Bank" Bakıda 120 mln. dəyərində ən hündürmərtəbəli yaşayış kompleksinin maliyyələşdirilməsinə başlayıb,- cümə axşamı Bankın İdarə Heyətinin sədri Heydər İbrahimov bildirib.

İbrahimovun sözlərinə görə, layihənin ümumi dəyərinin 5 mln. dolları özəl sektorun inkişafı üzrə İslam Korporasiyası tərəfindən təqdim edilir, bu barədə razılıq 2004-cü ilin yayında əldə edilib. Qalan vəsait Koreya bankları tərəfindən təqdim edilib.

Layihə çərçivəsində, Bakının Yasamal rayonunda 39 mərtəbəli göydələnin tikintisi nəzərdə tutulur. Bundan əvvəl isə, bir 45 mərtəbəli və iki 30 mərtəbəli binanın tikintisi planlaşdırılırdı.

Layihədə tərəfdaşlardan biri Almaniyanın DIWIDAG şirkətidir. Bu şirkət il yarım ərzində tikintini və metal-konstruksiya işlərini tamamlamalıdır.

Layihənin memarlıq işləri Amerikanın məşhur dizayner şirkəti YAMASAKI (ABŞ-da Ümumdünya Ticarət Mərkəzinin tikintisi layihəsinin müəllifi) tərəfindən həyata keçiriləcək. Layihədə Fransanın mehmanxana işi üzrə məşhur olan şirkəti ACCOR da iştirak edəcək.

Müəlliflə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti