Azərbaycan, Bak, 07 mart / " müxbir U.İsmayılova/ Beynəlxalq Valyuta Fondu (BVF) pensiya islahatları üzrə layihələrin reallaşdırılması üçün Azərbaycanın Sosial Müdafiə Fonduna texniki yardım göstərməyə hazır olduğunu bildirib. Bu barədə cümə günü Fonddan məlumat verilib.
"Ayrılacaq vəsaitin həcmi layihənin hazırlanması və qiymətləndirilməsindən sonra açıqlanacaq" - deyə Fonddan bildiriblər.
Azərbaycanın Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov çərşənbə günü Bakıda Azərbaycan hökuməti və BVF arasında aparılan danışıqlar çərçivəsində BVF nümayəndə heyətinin rəhbəri Valeri Vikera və Fondun eksperti Mayro Zermeno ilə görüşüb.
Fonddan verilən məlumata görə, Azərbaycanın Sosial Müdafiə Fondunun rəhbəri görüş zamanı Valyuta Fondu nümayəndələrini ölkədə aparılan pensiya və sosial sığorta islahatları ilə tanış edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]