...

Litva Azərbaycanın danışmaz əmlakın reyestr sistemi üzrə təcrübəsini öyrənmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2008 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / " müxbir U.İsmayılova/ Litvanın Ədliyyə Nazirliyi daşınmaz əmlakın reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənmək istəyir. Bu barədə çərşənbə axşamı Bakıda Litvanın ədliyyə nazirinin katibi Kestitus Sirvatis bildirib.

Çərşənbə axşamı Litvanın Ədliyyə Nazirliyinin nümayəndə heyəti daşınmaz əmlakın kadastr sistemi üzrə təcrübə mübadiləsi aparmaq məqsədilə Bakıya səfərə gəlib.

Sirvatis bildirib ki, Litva dünyada reyestrin elektron proqramı ilə tanınır və Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti ilə təcrübə mübadiləsi aparmaq niyyətindədir.

Səfər çərçivəsində Litvanın nümayəndə heyəti bu gün daşınmaz əmlakın reyestri sahəsində gələcək əməkdaşlıq üçün Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti ilə qarşılıqlı anlaşma memorandumu imzalayacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital

Xəbər lenti

Xəbər lenti