...

Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Almaniyanın "KfW" Bankı ilə birgə layihəyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2008 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir Ü.İsmayılova / Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Almaniyanın "KfW" Bankı ilə mart ayında kadastr və daşınmaz əmlakın qeydiyyatının vahid sisteminin yaradılması haqqında protokolu Nazirlər Kabiretinə təqdim edib. Bu barədə çərşənbə axşamı Dövlət Xidmətinin rəhbəri Arif Qaraşov məlumat verib.

Layihə torpaqların qeydiyyatı, Gəncə və Şəki rayonlarında daşınmaz əmlak və torpaq sahələrinin sistematik kadastr hesabatının aparılmasını nəzərdə tutur. Geodeziya məlumatları əsasında alınan dəqiq koordinatlar kadastr xəritəsinə salınacaq.

"KFW" layihəsinin əsas mərhələsinin gerçəkləşdirilməsi 30 ay vaxt tələb edir. Bank kadastrın yaradılmasına 2,5mln. avro güzəştli kredit və benefisiar təşkilatın institutlaşdırılmasına 1 mln. avro dəyərində qrant ayırmağa hazırdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti