...

Azərbaycan Parlamenti Bolqarıstanla ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyanı təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2008 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel/ Trend , müxbir İ.Xəlilova/ Milli Məclis Azərbaycan və Bolqarıstan hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyanı təsdiq edib. Bu barədə parlamentin çərşənbə axşamı keçirilən iclasında iştirak etmiş Trend -ın müxbiri məlumat verib. Sənəd 2007-ci il noyabrın 12-də Bakıda imzalanıb.

Azərbaycanda Konvensiyanın müddəaları hüquqi şəxslərin mənfəət verigisi, fiziki şəxslərin gəlir vergisi, əmlak vergisi və torpaq vergisini, Bolqarıstanda isə, şəxsi gəlir vergisi, korporativ gəlir vergisi, yekun vergisi və daşınmaz əmlak vergisini əhatə edir.

Beynəlxalq daşınmalar nəticəsində, dəniz və hava əlaqəsi müəssisələrinin mənfəət vergisi bu daşınmaları həyata keçirən ölkəyə ödənilir.

Razılaşmaya əsasən, royaliti vergisi bu daxilolmaların əldə edildiyi ölkələrdə ödənilə bilər. Lakin, əgər royalitilərin faktiki sahibləri digər ölkənin rezidentdirlərsə, o zaman, tutulan vergi hər hansı patent, dizayn və ya model, plan, məxfi formula və ya sənaye, kommersiya, elmi təcrübəyə dair informasiyaya görə ödənilən royalitinin ümumi həcmindən beş faizi ötməməlidirlər. Digər hallarda, vergi royalitinin ümumi məbləğinin 10 faizini ötməməlidir.

Faiz vergisi onların əldə edildiyi ölkənin büdcəsinə ödənilə bilər, lakin bu ödəmələr ödənilən faiz vergisi məbləğininin yeddi faizindən çox olmamalıdır.

Konvensiya qeyri-müəyyən müddətə təsdiq edilib, lakin tərəflərdən hər biri Konvensiyanın qüvvəyə minməsindən sonrakı 5 illik dövr başa çatdıqdan sonra, təqvim ilinin başa çatmasına yarım il qalmış, diplomatik kanallarla bildiriş təqdim etməklə, onun qüvvəsini ləğv edə bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti