...

Standard Capital Azərbaycan brokerlərinin renkinqinə başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2008 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir İ.Xəlilova / 2008-ci ilin mart ayında Dövlət Qiymətli Kağızlar bazarında (repo əməliyyatlar bazarı istina olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqinə, 9 müştəriyə ümumilikdə 99,5 mln. manat broker xidmətləri göstərən "Standard Capital" başçılıq edir. Bu barədə Bakı Fond Birjasından məlumat veriblər.

İkinci yeri 1 müştəriyə ümumi həcmi 31.4 mln. manat broker xidmətləri göstərmiş və əvvəlkindən 68,04 mln. manat geri qalmış "YapiKredi İnvest" tutub.

Göstərilmiş xidmətlər üzrə üçüncü yerdə isə 22.6 mln. manatla "Respublika Invest" qərarlaşıb.

Martda brokerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə artıb. Fevral ayında göstərilmiş broker xidmətlərinin yüksək məbləği 94.2 mln. manat təşkil edib. Martda bazarın bu seqmentində fəaliyyət göstərən brokerlərin sayı dəyişilməz qalıb - 9.

2008-ci il mart ayı üzrə DQK bazarında göstərilmiş

xidmətlərin həcminə görə brokerlərin renkinqi

Xidmətlərin həcminə görə yeri Xidmətlərin həcminə görə yer Brokerlər Müştərilərin sayı Müştərilərin sayı Əməliyyatlarının həcmi(AZN)
1 1 (-) "Standard Kapital" 7 9 99,448,988.26
9 2 (^) "YapıKredi Invest" 1 1 31,404,313.26
2 3 (Ў) "Respublika Invest" 7 3 22,636,170.82
3 4 (Ў) "Azərintertreyd"MMC 3 3 21,690,419.00
4 5 (Ў) "İnterneyşnl Tranzakşn Sistem" 1 1 14,081,412.74
6 6 (-) "BoB Broker" 2 2 13,561,959.68
8 7 (^) "UniCapital" 2 3 11,216,011.00
7 8 (Ў) "ADB-Broker" 1 1 6,996,185.52
5 9 (Ў) "Texnika Capital Menagment" 3 4 4,757,764.30

-Fevral 2008 - Mart 2008

Xəbər lenti

Xəbər lenti