...

Avropa Mərkəzi Bankı ABŞ-da resessiya probleminin həllinə təsir edə bilər – "Alfa Bank"ın eksperti

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2008 15:58 (UTC +04:00)
Avropa Mərkəzi Bankı ABŞ-da resessiya probleminin həllinə təsir edə bilər – "Alfa Bank"ın eksperti

Azərbaycan, Bakı, 03 aprel/ Trend , müxbir A.Bədəlova/ ABŞ iqtisadiyyatının resessiyası ilə bağlı vəziyyət getdikcə daha kəskinləşir. Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernanki ABŞ Konqresinin iqtisadiyyat üzrə komitəsində çıxışında, ilk dəfə olaraq resessiyanın yaranma mümkünlüyünü etiraf edib. Onun sözlərinə görə, ABŞ ÜDM-i ilin birinci yarısında çox aşağı templərlə artacaq və hətta azala bilər. Bundan əlavə, Beynəlxalq Valyuta Fondu (BVF) bu həftə dünya iqtisadiyyatının artımına dair öz proqnozunu 3,7 faizədək azaldıb. BVF-in qiymətləndirməsinə görə, resessiyanın başlama ehtimalı 25 faiz təşkil edir.

"Alfa Bank"ın baş iqtisadçısı Nataliya Orlovanın rəyinə görə, vəziyyətin sonrakı inkişafına iki əsas faktor təsir edəcək. Onlardan biri Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcəsinin azaldılmasıdır.

"Bu gün yalnız FES uçot dərəcəsinin faizlərini azaldıb və bununla maliyyə bazarlarını dəstəkləyib. AMB-nin "böyük yeddiliyin" aprel sammitində faiz dərəcələrinin azaldılması imkanlarını təsdiqləməsi vacib olacaq", - cümə axşamı o, Trend a bildirib.

Aprelin 12-13-də Vaşinqtonda "böyük yeddiliyin" Mərkəzi Banklar rəhbərlərinin və maliyyə nazirlərinin görüşü baş tutacaq. Görüşün əsas mövzusu ipoteka kreditləşməsi böhranından sonra vəziyyətin nizamlanması olacaq.

Orlova ikinci faktorun Çin iqtisadiyyatı ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, Çin bazarının inkişaf dinamikası vəziyyətin gələcək inkişafına təsir edəcək.

"ABŞ-da ixrac həcminin azalmasına baxmayaraq, Çin başqa satış bazarı axtarır və çox güman ki, bu, Yaxın Şərq olacaq. Çinin satış bazarlarının diversifikasiyası baş verdiyi halda, resessiya o qədər də böhranlı olmayacaq", - o bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti