Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir U.İsmayılova/ İri sığorta şirkəti olan "Pasa Sigorta"nın baş direktoru Nofəl Rzayev hesab edir ki, "Sığorta fəaliyyəti barədə" yeni Qanun Azərbaycanın sığorta bazarında peşəkarlığın artmasına imkan yaradacaq.
"Hazırda sığorta bazarında dörd problem mövcuddur və biz ümid edirik ki, bunlar gələcəkdə yeni Qanun sayəsində müvafiq şəkildə öz həllini tapacaq" - deyə Rzayev bildirib.
"Pasa Sigorta"nın baş direktorunun rəyinə görə, əsas problemlər bunlardır:
- Sığorta şirkətlərinin aşağı səviyyədə kapitallaşması: Azərbaycanın sığorta şirkətləri 15-20 mln. manatlıq Nizamnamə kapitalına malik olmalıdırlar ki, böyük riskləri dünya səviyyüəli təkrar sığorta şirkətlərində broker qismində sığortalamasınlar.
- Sığorta müqavilələrinin kütləvi distribütorlaşdırılmasının mövcudluğunda (bundan bütün dünyada imtina ediblər) - girov avtomobil və ya daşınmaz əmlakın sığortalanması zamanı banklar borc alanla sığorta müqaviləsi bağlayır, yəni sığortaçı ilə sığorta edilən arasında əlaqə baş vermir.
- Sığortanın könüllü fomasının inkişafına yardım edə biləcək icbari növün zəif işləməsi.
- Ölkə daxilində sığortaçıların aşağı səviyyəli təşkilatçılığı.
Rzayevin sözlərinə görə, sığortaçıların aşağı səviyyədə təşkilatçılığı Azərbaycan Sığortaçılar Assosiasiyasının fəaliyyətinin göstəricisidir. Assosiasiya il ərzində gözlənilən konsultativ və maarifçi fəaliyyət həyata keçirməyib.
Martın 15-də Azərbaycanda "Sığorta fəaliyyəti barədə" yeni Qanun qüvvəyə minib. Sənəd bazar iştirakçıları, sığortaçı və təkrar sığortaçılar tərəfindən ixtisaslaşdırılmış sığorta sisteminin əsas istiqamətləri və inkişaf prinsiplərini, iqtisadi əsasları və dövlət sığorta nəzarətinin hüquqlarını müəyyən edir.
"Pasa Sigorta" şirkəti Azərbaycanın sığorta bazarında 2006-cı ildən fəaliyyət göstərir və sığortanın 29 növü üzrə xidmət təklif edir. Ötən il şirkət "Moody International Certification"dan idarəçilik keyfiyyəti üzrə sertifikat alıb. Şirkətin Nizamnamə kapitalı 4 mln. manatdır.
Azərbaycanın sığorta bazarında 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir. Ötən ilin yekunu üzrə, sığorta şirkətlərinin yığımlarının ümumi həcmi 147, 2 mln. manat, sığorta ödəmələri 35,62 mln. manat təşkil edir. Sığorta bazarı liderlərinin onluğuna 5 mln.-dan 20 mln. manata qədər sığorta haqları göstəricisinə malik olan şirkətlər daxildir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]