...

"BEST-məzənnə" müsabiqəsinin qalibi müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel/ Trend / Bakı Banklararası Valyuta Birjası (BBVB) tərəfindən keçirilən "BEST-məzənnə" müsabiqəsinin qalibi "Azəriqazbank" ASC-nin İnkişaf Departamentinin diskont sistemi və ekvayrinqin inkişafı şöbəsinin direktoru Mehriban Hüseynli olub. Bu barədə Birjanın cümə axşamı yayılan məlumatında deyilir.

Hüseynli tərəfindən proqnozlaşdırılan USD/AZN birja məzənnəsi martda Birja Elektron Ticarət Sisteminin (BEST) sonuncu gündüz sessiyasındakı yekunlara ən yaxın olub.

Bankların mütəxəssisləri, özəl və dövlət şirkətlərinin nümayəndələri, tələbələr və digər maraqlı şəxslər USD/AZN-nin birja məzənnəsinin proqnozlaşdırılmasında öz analitik qabiliyyətlərini göstərə bilərlər. Birja tərəfindən hər ayın sonuncu iş günü gündüz ticarət sessiyasının yekunları üzrə USD/AZN üzrə ortaçəkili birja məzənnəsinin proqnozları qəbul edilir.

Xəbər lenti

Xəbər lenti