...

Bakı metropoliteni informasiya verilişi üzrə yüksək sürətli şəbəkənin yaradılmasına tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2008 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir E.İsmayılov/ Bakı metropoliteni optik kabeldən istifadə ilə texniki avadanlıq işi və qatarların hərəkətinə dair yüksək sürətli, etibarlı və fasiləsiz informasiya verilişinin təmin ediliməsi üçün inteqral şəbəkənin yaradılması üzrə tender elan edib. Bu barədə metropolitenin məlumatında bildirilir.

Podratçı sistemi hazırlamalı, təchiz etməli və quraşdırmalıdır.

Tenderdə maraqlı olanlar müvafiq sənədləri mayın 12-dək təqdim etməlidirlər. Tender təklifləri və bank zəmanəti mayın 13-dək qəbul olunacaq və nəticələr mayın 14-də saat 13.00-da elan olunacaq.

Xəbər lenti

Xəbər lenti