...

"Pasa Sıgorta" şirkəti Azərbaycan İpoteka Fondu müsabiqəsinin qalibi elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2008 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend / "Pasa Sıgorta" SC şirkəti Azərbaycan Milli Bankı yanında İpoteka Fondunun tender komissiyası tərəfindən aparılan Fondun sığorta avtoparkı üzrə qiymət müsabiqəsinin qalibi elan olunub. Bu barədə şirkətin cümə günü yayılan məlumatıənda bildirilir.

Məlumatda bildirilir ki, Fondun avtoparkı üçün "Pasa Sıgorta" tərfindən təklif olunan sığorta proqramı müsabiqəyə təqdim edilən tarif təklifləri və xidmət əhatəsi üzrə qiymətlər arasında ən yaxşısı seçilib.

4 mln. manatlıq kapitala malik "Pasa Sıgorta" şirkəti korporativ və fərdi müştərilərə sığortanın 29 növü üzrə xidmət göstərir. "Pasa Sıgorta" sığorta məhsulları və xidmətlərinin keyfiyyətli idarə olunmasının beynəlxalq standartlara uyğun gəlməsinə görə, "Moody" Agentliyi tərəfindən sertifikat alıb. Ötən ilin yekunları üzrə kapitallaşmanın həcminə görə, şirkət bazar liderlərinin beşliyinə daxil olub və sığorta haqlarının yığılması üzrə ölkənin aparıcı sığortaçılarının onluğunda mövqeyini möhkəmləndirib.

Xəbər lenti

Xəbər lenti