...

Azərbaycan hökuməti tikintisi dondurulmuş dövlət binaları üçün başlanğıc qiymətlərin əmsalını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2008 21:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel/ " müxbir Ü.İsmayılova/ Azərbaycanın Nazirlər Kabineti obyektlərin yerləşməsinə müvafiq olaraq, tikintisi dondurulmuş dövlət binaları, vaxtı ötmüş normativ müddətli binalar və tikintisi başa çatdırılmamış binaları üçün başlanğıc qiymətlərin müəyyən edilməsi əmsalını təsdiqləyib.

Zona Əmsal
Bakıda yerləşən obyektlər üzrə:
1-6-cı zonalar 1,5
7-9- cu zonalar 1,3
10-12-ci zonalar 1,2
Sumqayıt və Gəncədə yerləşən obyektlər üzrə:
1-4-cü zonalar 1,2
5-6-cı və digər zonalar (kənd və qəsəbələr) 1,1
Abşeron rayonundakı obyektlər üzrə:
1-2-ci zonalar 1,2
Digər zonalar (kənd və qəsəbələr) 0,8
Naxçıvan, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəkidəki obyektlər üzrə:
1-2-ci zonalar 1,1
3-4-cü zonalar (kənd vəqəsəbələr) 1,0
Digər şəhər və rayonlardakı obyektlər üzrə:
Şəhərlərdə və rayon mərkəzlərində 1,0
Kənd və qəsəbələrdə 0,7
Xəbər lenti

Xəbər lenti