...

Birinci rübdə Bakı metropoliteni 50 milyon sərnişin daşıyıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2008 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 aprel / Trend , müx. E.İsmayılov/ Birinci rübdə Bakı metropoliteni planlaşdırılmış 41,2 mln.a qarşı 48 mln. sərnişin daşıyıb. Bu barədə Bakı metropolitenindən məlumat verilib.

Mart ayında Bakı metropoliteni planlaşdırılmış 14 mln. 860 min ( proqnozlardan 11,3 faiz çox) sərnişin sayına qarşı 16 mln. 544 min (güzəştlilər istisna olmaqla) sərnişin daşıyıb.

Metropolitendə mart ayında daşınmış güzəştli sərnişinlərin sayı 450 min nəfər olub, ümumilikdə birinci rübdə 1 mln. 350 min güzəştli sərnişin daşınıb.

Xəbər lenti

Xəbər lenti