...

Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi həyata keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2008 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel/ Trend / Aprelin 08-də saat 11:00-dan 12:30-dək, Bakı Fond Birjasında qeydiyyat №-si 10301620S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

DQİ-nin ümumi həcmi - 5 000 000 AZN, bir istiqrazın nominal dəyəri - 200 AZN, istiqrazların tədavül müddəti - 182 gün, ödəmə tarixi - 07 oktyabrdır.

Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti