...

Naxçıvan MR sənayesində artım müşahidə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2008 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel/ Trend , müxbir S.Babayeva/Yanvar-fevralda Naxçıvan Muxtar Respublikasında (NMR) sənaye istehsalı 28,5 mln. manata çatıb ki, bu da 2007-ci ilin analoji dövründən 37,5 faiz çoxdur. Bu barədə NMR-in Bakıdakı daimi nümayəndəliyindən məlumat veriblər.

Ümumu istehsal strukturunda 83,5 faiz məhsul istehsalının, 16,5 faiz isə xidmətlərin payına düşüb.

Sənaye strukturunda istehsalın 0,2 faizini hasilat, 85,2 faizini emal təşkil edir, 14,6 faiz də elektrik enerjisinin və suyun istehsalı və paylaşdırılması ilə məşğul olan müəssisələrin payına düşür.

Sənaye sahəsində özəl sektorun payı 24,3 mln. manat, dövlət sektorunun payı 4,2 mln. manat təşkil edib.

Yanvarda Muxtar Respublikanın sənaye sahəsində çalışanların sayı 6016 nəfər təşkil edib və bu, ötən ilin analoji dövrü ilə müqayisədə, 18,7 faiz çoxdur. Hər işçinin orta aylıq əmək haqqı 26,7 faiz artaraq, 153,9 manata çatıb.

Xəbər lenti

Xəbər lenti