...

Hitrou hava limanındakı problemlər bmi şirkətinin işinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2008 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel/ Trend , müxbir E.İsmayılov/ Hitrou (Heathrow) beynəlxalq hava limanının beşinci terminalında yaranmış problemlər London-Bakı marşrutu üzrə uçuşlar həyata keçirən bmi şirkətinin işinə təsir etməyib. Bu barədə şirkətin bazar ertəsi yayılan məlumatında deyilir.

Şirkət öz uçuşlarını Hitrou hava limanının birinci terminalından həyata keçirir. bmi-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər ki, uçuşlar təyin edilmiş cədvələ müvafiq olaraq həyata keçirilir.

Hitrou hava limanının beşinci terminalında normal işin həyata keçirilməsi ilə bağlı problemlər yola düşən laynerlərin və əksinə - yenicə uçub gəlmiş laynerlərin bortuna baqajın çatdırılması zamanı əməliyyat sistemində nasazlıqlara görə yaranıb. Bu da böyük sayda reyslərin ləğvinə və sərnişinlərin baqajının itməsinə səbəb olub.

bmi öz uçuşlarını Hitrou hava limanından həyata keçirən Böyük Britaniyanın ən iri şirkətləri arasında ikincidir. 2007-ci ilin oktyabrından başlayaraq, bmi aviaxətləri üzrə Bakı-London aviareysləri həyata keçirilir. Bakıdan gündəlik uçuşlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti