...

Yanvar-fevralda Azərbaycanın dövlət büdcəsi ÜDM-ə 12,4 faiz profistilə icra edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2008 21:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel/ " müxbir İ.Xəlilova/ 2008-ci ilin yanvar-fevralında dövlət büdcəsinin gəlir hissəsinə faktiki daxilolmalar ötən ilin analoji dövrü ilə müqayisədə 83,4 faiz artaraq, 1425,1 mln. manat təşkil edib (ÜDM-in 29,9 faizi). Bu barədə bazar ertəsi hökumətdən məlumat veriblər. Dövlət büdcəsinin xərcləri 79,9 faiz artaraq 832,6 mln. manat (ÜDM-in 17,5 faizi) təşkil edib. Yanvar-fevralda büdcə profisiti 592,5 mln. manat (ÜDM-in 12,4 faizi) təşkil edib.

Dövlət büdcəsinə daxilolmaların strukturunda iki ay ərzində 68,4 faiz (974,1 mln. manat) Vergilər Nazirliyinin hesabına təmin edilib. Vergi yığımları üzrə proqnoz 111,5 faiz icra edilib. Gömrük rüsumları və vergilərindən daxilolmalar 177,3 mln. manat (xüsusi çəkisi 12,4 faiz) təşkil edib. Proqnoz 100,7 faiz icra edilib.

Hesabat dövrü ərzində ƏDV-dən 263,6 mln. manat daxil olub ki, bu da ümumi gəlirin 18,5 faizini təşkil edir. Mənfəət vergisi - 601,8 mln. manat (42,2 faiz), gəlir vergisi - 80,3 mln. manat (5,6 faiz), aksiz vergisi - 66,6 (4,7 faiz), əmlak vergisi - 21,8 mln. manat (1,5 faiz), təbii sərvətlər vergisi - 18,2 manat (1,3 faiz), xarici iqtisadi fəaliyyət vergisi - 64,4 mln. manat (4,5 faiz).

Yanvar-fevralda sosial- təminat və əhalinin müdafiəsinə büdcə vəsatilərindən 169 mln. manat (20,3 faiz), təhsil - 74,7 mln. manat (9 faiz), səhiyyə - 18,9 mln. manat (2,3 faiz), prokurorluq, təhlükəsizlik, hüquq-mühafizə orqanlarının, məhkəmə hakimiyyətinin saxlanılmasına - 45,8 mln. manat (5,5 faiz), iqtisadiyyata investisiya yatırımları - 357,6 mln. manat (42,9 faiz), onlardan mənzil-kommunal təsərrüfatına- 6 mln. manat (0,7 faiz), kənd, meşə təsərrüfatları, həmçinin, balıqçılığa - 13,3 mln. manat (1,6 faiz), nəqliyyat və rabitə - 9,3 mln. manat (1,1 faiz).

Əmək haqları, pensiya və müavinətlərin ödənilməsinə büdcə xərclərinin 37,1 faizi (308,9 mln. manat) sərf edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti