...

Bakıda Dəmir Yolu Əməkdaşlığı Təşkilatı ekspertlərinin iclası keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir E.İsmayılov/ Aprerlin 8-də Dəmir Yolu Əməkdaşlığı Təşkilatının (DYƏT) əsas sənədlərin təkmilləşdirilməsi məsələləri üzrə müvəqqəti İşçi qrupunun 12-ci müşavirəsi öz işinə başlayıb. Bu barədə Azərbaycan Dəmir Yolu İdarəsinin çərşənbə axşamı yayılmış məlumatında bildirilir.

Məlumatda deyilir ki, Azərbaycan Dəmir Yolu İdarəsində keçirilən görüş aprelin 11-nə kimi davam edəcək.

Görüş çərçivəsində "Birbaşa və qarışıq istiqamət məsələləri üzrə Beynəlxalq Konvensiya Layihəsi"nin "DYƏT Komitəsi", "Təftiş komissiyası", "Səsvermə", "Arbitraj Komissiyası", "Üstünlüklər və immunitetlər", "Dillər", "Konvensiyaya qoşulma" bölmələrinin nəzərdən keçirilməsi və razılaşdırılması planlaşdırılır.

DYƏT - dövlətlərarası ixtisaslaşdırılmış təşkilatdır, 1956-cı il iyunun 28-də Sofiyada nəqliyyat nazirlərinin müşavirəsində yaradılıb. DYƏT-ə 27 ölkə daxildir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti