...

Azərbaycanın bank sisteminin xarici kreditləri onların təkrar maliyyələşdirilməsi üzrə risklərə meylli deyil – AMB -nın idarə heyətinin sədr müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2008 16:30 (UTC +04:00)
Azərbaycanın bank sisteminin xarici kreditləri onların təkrar maliyyələşdirilməsi üzrə risklərə meylli deyil – AMB -nın idarə heyətinin sədr müavini

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın bank sisteminin xarici borclarının artması ilə dünya maliyyə bazarlarındakı risklərə həssaslığı da artır.

"Azərbaycan Milli Bankı bunu dərk edərək (AMB) bu prosesləri nəzarət altında saxlayır" - deyə bu gün Bakıda açılan "Banklar və maliyyə" V Xəzər Beynəlxalq Konfrans və sərgisində iştirak edən AMB-nın idarə heyətinin sədr müavini Rüfət Aslanlı bildirib.

Aslanlı bildirib ki, ölkənin bank sektorunun yüksək artım tempinə baxmayaraq, onların xarici borc səviyyəsi yüksək deyil və təhlükəsiz səviyyədədir. Bu göstərici bu gün ÜDM-dan 6,6 faiz təşkil edir və bank öhdəliklərinin (Depozitlər) beşdə bir hissəsidir.

AMB tərəfindən aparılan təhlil qısa və uzunmüddətli perspektivdə xarici borcların təkrar maliyyələşdirilməsinin ölkənin bank sektoru üçün təhlükəli olmadığını göstərdi. Bu, cəlb edilən vəsaitlərin (600 mln. dollar) yarıdan çoxunun cari ildə ödəniləcəyi ilə izah olunur.

"Yerli bankların aktivləri kifayət qədər likvidlidir, buna görə, xarici borcların təkrar maliyyələşdirilməsinə lüzum yoxdur. Əsas odur ki, banklar müddətə görə likvidliliyi düzgün planlaşdırıblar və uzun müddətə cəlb edilən vəsaiti onlar qısamüddətli aktivılərin maldiyyələşdirilməsinə yönəldir"- deyə AMB-nın idərə heyətinin sədr müavini bildirib.

Digər tərəfdən, borc strukturunda xarici borcların 1/3 hissəsi ya beynəlxalq maliyyə institutlarından cəlb edilib (AYİB, BMK, KfW və digər), ya da xarici səhmdarlar tərəfindən Azərbaycan banklarına kredit və sərmayə şəklində təqdim edilib. Bundan çıxış edərək, Aslanlının rəyinə görə, xarici borcların təkrar maliyyələşdhirilməsi üzrə risklər Azərbaycan üçün təhlükəli deyil. Bu, Azərbaycanın dövlət və özəl sektorunun xarici borclanmasının ölkənin valyuta ehtiyatlarını 32 faiz üstələməsi ilə əlaqədardır ki, bu da region ölkələrilə müqayisədə aşağı səviyyədədir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti