...

Naxçıvan MR-nın iqtisadi aktivliyə malik əhalisinin təxminən 100 faizi işlə təmin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2008 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend , S.Babayeva/ Martın ilk gününə olan məlumatlara görə, Naxçıvan Muxtar Respublikasının (NMR) 188,1 min nəfər iqitsadi aktivliyə malik əhalisindən 187,7 min nəfəri işlə təmin olunub. Bu barədə NMR-nın Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.

"Yanvar-fevral aylarında Muxtar Respublikanın məşğulluq idarələri tərəfindən 280 nəfər işlə təmin olunub" - NMR-nın nümayəndəliyindən məlumat verilib.

Muxtar Respublikada işsizlik üzrə müavinətlərin orta məbləği 58,2 manat təşkil edib ki, bu da iqtisadiyyatda məşğul olan əhalinin orta gündəlik əmək haqqının 32,2 faizini təşkil edir.

NMR-da 2003-cü ilin oktyabrından 2008-ci ilin martınadək ,19 mindən çoxu daimi olmaqla, 30 mindən çox yeni iş yeri açılıb.

Xəbər lenti

Xəbər lenti