...

Azərbaycan gəmilərinin RF-nin daxili sularından keçməsinə indiyədək Rusiyadan icazə almayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2008 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel/ Trend / Aprelin 15-də Volqa-Don kanalında naviqasiyanın açılmasına baxmayaraq, Azərbaycan indiyədək Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin gəmilərinin Rusiyanın daxili sularına keçməsinə icazə almayıb. Bu barədə çərşənbə axşamı hökumətdən məlumat veriblər.

Hazırki vaxtadək bu məsələ Rusiya hökumətinin müzakirəsində olub.

XDG 27 gəminin Rusiyanın daxili sularına keçməsinə icazə almaq niyyətindədir. XDG-nin Qara və Xəzər dənizlərində işləyən gəmilərinin keçidi üçün bu icazələrdən 2008-ci il naviqasiya dövründə istifadə etmək nəzərdə tutulur.

Bügünə Azərbaycan gəmilərinin RF-nin daxili sularına keçməsinə icazələrlə bağlı vəziyyət dəyişməz qalır. Belə ki, bir gəmi yalnız bir dəfə Xəzəri keçə və geriyə- daimi iş yeri Qara dənizə qayıda bilər.

2007-ci ildə gəmiçilik Rusiyadan 28 icazə alıb. Alınan icazələrə baxmayaraq, Azərbaycan RF-nin daxili sularına keçid üzrə uzumüddətli sazişin bağlanmasına ümid edir. Bu məsələnin həlli üçün Rusiyada yalnız Dəniz Məcəlləsi deyil, mövcud qanunvericilik də dəyişdirilməlidir.

Xəbər lenti

Xəbər lenti