...

Azərbaycan dünya qiymətli kağızlar bazarına inteqrasiya prosesinə başlayıb – QKDK-nın rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2008 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel/ " müxbir Ü.İsmayılova/ Azərbaycan tədricən dünya qiymətli kağzılar bazarına inteqrasiya prosesinə başlayıb. Bu barədə çərşənbə axşamı Azərbaycanın Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov məlumat verib.

"Pambıqtəmizləmə sənayesində işləyən iki Azərbaycan bankı və bir şirkəti öz istiqrazlarını Latviyada yerləşdiriblər və bu, inteqrasiya prosesinin başlanğıcıdır", - Məmmədov bildirib.

Azərbaycan bankları "Mugan bank" və "Rabitabank" və "MKT Istehsalat-Kommersiya" İstehsalat-Kommersiya MMC Azərbaycandan kənarda reallaşdırılmaq üçün nəzərdə tutulan korporativ qiymətli kağızların birinci emitentləri olublar.

Məmmədovun sözlərinə görə, Azərbaycan sahibkarlarının öz qiymətli kağızlarını xarici bazarlarda yerləşdirmələrinə baxmayaraq, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə xarici sahibkarlardan Azərbaycanın fond bazarında qiymətli kağızların yerləşdirilməsi haqqında bir təklif də alınmayıb.

"Buna baxmayaraq, biz MDB və dünya ölkələrinin qiymətli kağızlar bazarlarına inteqrasiya etməyə məhkumuq", - Məmmədov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti