...

Azərbaycan baytarlıq xidmətini gücləndirməlidir: Ümumdünya Heyvanların Sağlamlığını Müdafiə Təşkilatının rəhbəri ilə mühasibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2008 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend / Trend ın Ümumdünya Heyvanların Sağlamlığını Müdafiə Təşkilatının (The World Organisation for Animal Health - OIE) rəhbəri Bernar Valla (Bernard Vallat) ilə eksklüziv müsahibə

- OIE tərkibində Azərbaycanın fəaliyətini necə qiymətləndirirsinz?

- Son illər Azərbaycan OİE qaydalarına əməl etmək üçün bir çox səylər göstərib. Mən şadam ki, baytarlıq orqanları heyvanların xəstəliklərinin qarşısını almaqda öz öhdəliklərinə əməl edir və getdikcə daha çox heyvanların yeni dünya informasiya sistemindən (WAHIS) istifadə edir. Bu təkmilləşdirmələr nəzarət sahəsi və heyvan xəstəliklərində cavab kimi beynəlxalq ictimiyyətə faydalıdır. Azərbaycan müntəzəm olaraq OIE-nin maliyyə haqqını ödəyir, beləliklə də, OİE üzvlüyü qismində öz öhdəliklərini yerinə yetirir.

- Azərbaycanda heyvan xəstəliklərinin, əsəsən də, "quş qripi" və donuzların "afrika taunu"nun qarşısının alınması tədbirlərini necə qiymətləndirirsiniz?

- Heyvan xəstəlikləri, "afrika taunu" və zoonozlar (insanlara keçən heyvan xəstəlikləri) məsələn, "quş qripi"ilə mübarizədə OİE-nin strategiyası -- xəstəliyin erkən aşkarlanması və ilkin qığılcımlara dərhal cavaba əsaslanıb. Bütün ölkələrdə milli baytarlıq xidmətləri heyvanların, eləcə də cəmiyyətin sağlamlığında mühüm rol oynayır. OİE təşkilatı üzv- ölkələrə, o cümlədən Azərbaycana da OİE-nin üzvü kimi, öz baytarılıq xidmətlərini gücləndirməyi tövsiyə edir. Heyvanların xəstəliklərinin qarşısının alnmasına gəlincə isə, qeyd etdiyim kimi, səlahiyyətli orqanlar öz səylərini təkmilləşdirir, baxmayaraq ki, hələ çox şeyə nail olmaq olar.

- Sizin fikrinizcə, yaxın perspektivlərdə təşkilatınız Azərbaycanla birgə layihə yaxud müştərək proqramlar reallaşdıra bilərmi?

- OİE-nin Şərqi Avropa üzrə regional nümayəndəliyi milli baytarlıq xidmətlərinin yaxşılaşdırılması və heyvan xəstəliklərinin idarə edilməsi strategiyaları üçün siyasi təbəqələrlə əlaqələrin dəstəklənməsinə istiqamətlənmiş mühüm məsələni həyata keçrir. 2007-ci ilin iyulunda Qafqaz regionunda "afrika taunu" başlayanda, eləcə də bütün Mərkəzi Asiya boyunca dabaq xəstəliyi yayılanda, OİE təşkilatı Avropa üzrə bölgə Komissiyasının iclasını keçirib ki, region ölkələri xəstəliyə qarşı ümumi mübarizə strategiyası hazırlaya bilsin.

- OİE Azərbaycana zəruri hallarda hansı yardımı göstərə bilər?

- Azərbaycan PVS vəsaitləri üzrə treninqlər, dünya sisteminin istifadəsi (WAHIS), sərhədyanı nəzarət, yeyinti məhsullarının təhlükəsizliyi, eləcə də, baytarlıq orqanlarının rolu barədə bütün tematik seminarlara daxil edilib.

Milli baytarlıq xidmətlərinin fəaliyyəti birbaşa olaraq onların keyfiyyəti ilə bağlıdır. Daha yüksək səmərəlilik əldə etmək üçün baytarlıq xidmətləri elmi prinsiplər və tam şəffaflığa əsasən hərəkət etməlidir, onlar texniki cəhətdən müstəqil olub, siyasi və fərdi təzyiqlərdən azad olmalıdır.

Qeyri-səmərəli baytarlıq xidmətlərinə malik olan ölkələr heyvan mənşəli məhsulların idxalı ilə məşğul olmaq istəyən ticarət tərəfdaşlarına məhsulların təhlükəsizliyi barədə etibarlı zəmanət verə bilməyəcək. OİE öz üzərinə baytarlıq xidmətlərinin idarəsində beynəlxalq keyfiyyət standartlarının hazırlanması öhdəliklərini götürüb və öz üzv-ölkələrinə bunu tətbiq etməyə kömək edəcək. Keyfiyyət standartları və OİE-nin baytarlıq xidmətlərinin qiymətləndirilməsi bütün üzvlər tərəfindən yekdilliklə qəbul olunub.Biz standartların yerinə yetirilməsinə yardım göstərmək məqsədilə qəbul olunmuş standartlar əsasında baytarlıq xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsi üçün bəyanat forması hazırlamışıq.

"Baytarlıq xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsi üzrə OİE vəsaiti" adlı bəyanat (OIE PVS Tool) bələdçi rolunu oynayaraq, ölkələrə özünüqiymətləndirmə prosesilə OİE standartlarına könüllü surətdə əməl etmək, ticarət tərəfdaşlarının,yaxud OİE himayədarlığı altında üçüncü şəxslər tərəfindən qiymətləndirməyə kömək etmək üçün yaradılıb. Qiymətləndirmə məlumatları hökumətə və zəruri anlarda potensial beynəlxalq donorlara sərmayələri müəyyənləşdirməyə kömək edəcək.

Xəbər lenti

Xəbər lenti