...

Xarici borclara məcburi rezerv normaları dünya maliyyə bazarlarındakı risklər və Azərbaycanın bank sistemi arasında bufer olacaq - ABM

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2008 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel/ " müxbir İ.Xəlilova/ Azərbaycanın Milli Bankı (AMB) ölkənin bank sektorunun xarici borclarına 5 faiz səviyyəsində məcburi rezerv norması tətbiq edib. Bu barədə çərşənbə axşamı AMB idarə heyətinin sədr müavini Rüfət Aslanlı məlumat verib.

2007-ci il ərzində Azərbaycanın bank sektoru, dünya maliyyə bazarlarında likvidliklə bağlı gərginlik müşahidə olunduğu halda, fəal şəkildə xaricdən vəsait cəlb edib. Analiz göstərir ki, bu vəsaitlər daxili bazarda cəlb edilən vəsaitlərdən ucuzdur və bu onları yerli banklar üçün cəlbedici edir.

"Lakin bu müəyyən arbitraj yaradır, riskləri və maliyyə sisteminin xarici şoklara hissiyatlılığını artırır - Aslanlı izah edib. Bu vəsaitləri 5 faiz səviyyəsində məcburi rezervə cəlb etməklə, onların dəyəri bir faiz bəndinə qədər artır".

Əgər xarici borclar, orta hesabla, illik 9-10 faiz altında cəlb edilirsə, hazırda onlar banklara 10-11 faizə başa gələcək. Aslanlının sözlərinə görə, arbitrajın azalması bank sisteminin mənbələrinin balanslaşdırılması üçün lazımdır. Bu, xarici maliyyə bazarlarının riskləri və milli bank sistemi arasında bufer yaradacaq.

Azərbaycan bankları tərəfindən xaricdən cəlb edilən vəsaitlərin həcmi bank sistemindəki ümumi dezpozitlərin 1/5-dən az hissəsini təşkil edir. Sədr müavini bildirib ki, bu gün onlar problemli və risklərə meylli deyillər. Borcların ümumi həcmi təqribən $1,2 mlrd. qiymətləndirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti