...

Qara dəniz ticarət və inkişaf bankı Azərbaycan bankına ipoteka kreditləşməsi üçün vəsait ayrıacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2008 20:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel/ " müxbir Ü.İsmayılova/ Azərbaycanın yarımdövlət "Kapital Bank"-ı və Qara dəniz Ticarət və İnkişaf Bankı mayda Azərbaycan bankının ipoteka kreditləşməsi proqramının inkişafı üzrə saziş imzalayacaqlar. Bu barədə çərşənbə axşamı "Kapital Bank"-ın strateji inkişaf və marketinq departamentinin rəhbəri Samirə Şərifova məlumat verib.

"Bank özünün ipoteka proqramının inkişafı üçün $12 mln. ayırmaq haqqında qərar qəbul edib", - Şərifova bildirib. Saziş imzalandıqdan sonra bank ipoteka kreditləşməsi üçün portfel toplamağa başlayacaq.

"Hazırda bankın idarəsi tərəfindən ipoteka kreditləşməsi üçün dəqiq şərtlər hazırlanır. İpoteka kreditləşməsinin orta davametmə müddəti altı il müəyyən edilib. Kreditləşmənin faiz dərəcələri hələ açıqlanmır", - o bildirib.

2007-ci ildən Kapital Bank 50 faiz özəlləşdirilib və nəticədə, bankın Nizamnamə kapitalı 24 mln. manat ödənilib. AtaHolding vəXalq Bank hərəsi Kapital Bank-da 20 faiz, Azersun Holding isə 10 faiz iştirak payı alıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti