...

Moneyval Azərbaycanın FATF standartlarına uyğunluğunun ikinci qiymətləndirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2008 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel/ " müxbir İ.Xəlilova/ Azərbaycanın FATF (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının pulların yuyulması ilə mübarizənin maliyyə ölçülərinin hazırlanması qrupu) standartlarına uyğunluğu predmetində ikinci qiymətləndirmələrin aparılması üçün Avropa Şurasının "çirkli" pulların yuyulması üzrə ekspert qrupunun missiyası Moneyval aprelin sonuncu ongünlüyündə Bakıya gəlir. Bu barədə "çirkli" pulların yayılması ilə mübarizə üzrə idarələrarası işçi qrupunun rəhbəri, Azərbaycan Milli Bankı idarə heyətinin sədr müavini Rüfət Aslanlı məlumat verib.

Azərbaycan hökumətinin planlarının müzakirəsi və gələcək hərəkətlər, həmçinin, qiymətləndirmənin ikinci raunduna hazırlıq üçün Avropa Şurası və Moneyval-ın birgə missiyası- ilin əvvəlində Bakıda olub. Görüşün gedişində mövcud vəziyyətin birgə qiymətləndirilməsi aparılıb və Moneyval-ın nümayəndə heyəti Azərbaycan hökumətinin gələcək addımları haqqında öz təsəvvürlərini bildirib.

Avropa Şurası, xüsusilə də Moneyval çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə mane olmaq üzrə beynəlxalq standartların tətbiq edilməsi məqsədilə problemlərin aşkar edilməsi və aradan qaldırılması üçün yaradılan çoxtərəfli alətdir. Buna görə də, müzakirələr ikitərəfli formatda keçirilir.

Azərbaycan 2003-cü ilin sonunda Moneyval-ın yeni təlimatlarına əsasən qiymətləndirməni keçmiş ilk ölkə olub. Bu təlimatlar "40 + 8" (çirkli pulların yuyulmasına qarşısının alınması üzrə 40 standart və terrorizmin maliyyələşdirməsinin qarşısının alınması üzrə 8 standart) prinsipi üzrə FATF-ın hər bir standartına uyğunluğulun ayrı-ayrı qiymətləndirmələr kompleksidir. Lakin, standartlardan hər biri ümumilikdə 180 yarımmaddə təşkil edən bir neçə abzasdan ibarətdir. Bütün bəndlər üzrə vahid qiymətləndirmə verilmir və ölkə hər bənd üzrə ayrıca qiymətləndirmə alır. Azərbaycan nəzərə çarpacaq dərəcədə FATF standartlarına uyğundur və ölkəyə Moneyval tərəfindən verilən qiymətləndirmə idarələrarası ekspert qrupu çərçivəsində göstərilmiş qiymətləndirmədən daha yüksəkdir.

Qiymətləndirmənin birinci raundu 2003-cü ilin mayında keçirilib. Onun əsasında Azərbaycan FATF-ın yeniləşdirilmiş standartlarına uyğun ölkələr kateqoriyasına aid edilib. Bu andan standartlara terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması haqqında yeni standart əlavə edilib.

Moneyval-ın əsas tələbi ölkə parlamentində bu il qəbul edilməsi gözlənilən "Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşının alınması haqqında" Qanun layihəsinin qəbul edilməsidir. Bundan sonra maliyyə monitorinqi orqanı təsis ediləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti