...

Cari ilin birinci rübündə Azərbaycanda HİV virusuna 90 yeni yoluxma faktı aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2008 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir S.Babayeva/ Cari ilin birinci rübü ərzində Azərbaycanda HİV virusuna 90-a yaxın yeni yoluxma faktı aşkar olunub. Onlardan 88 nəfəri Azərbaycan, bir nəfəri isə xarici vətəndaşdır. Bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məlumatında bildirilir.

HİV xəstələrinin yaş həddi bu formadadır: 48 nəfər -30-39 yaş həddində, 13 nəfər - 25-29 yaşında, 17 nəfər - 40 - 49 yaşında, 4 nəfər - 19-24 yaş, 1 nəfər 14 yaşına qədər, 2 nəfər isə 50-59 yaşında.

88 azərbaycanlıdan 16-sı bu xəstəliyə respublikadan kənarda yoluxub.

Xəbər lenti

Xəbər lenti