...

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi təxminən 15 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2008 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , S.Babayeva/ Yanvar-mart aylarında Azərbaycanın daxili pərakəndə əmtəə dövriyyəsi 2 mlrd. 347,8 min manat təşkil edib ki, bu da 2007-ci ilin analoji dövrü ilə müqayisədə 14,8 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Pərakəndə dövriyyənin ümumi həcmindən 15,7 faiz hüquqi şəxslərin, 45,7 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fərdi sahibkarların, 38,6 faizi isə fiziki şəxslərin payına düşür.

Əhaliyə 1 mlrd. 528,6 mln. manat həcmində ərzaq, 819,2 mln. manat həcmində qeyri-ərzaq malları satılıb. Satışın artımı 2007-ci ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 11,1 və 24,3 faiz təşkil edib.

İlin əvvəlində əhaliyə 666,9 mln. manat həcmində pullu xidmət göstərilib ki, bu, keçən ilin analoji dövrü ilə müqayisədə 29,5 faiz artıqdır. Xidmətlərin ümumi həcmindən 78,7 faizi hüquqi şəxslərin, 21,3 faizi fiziki şəxslərin payına düşüb, artım müvafiq olaraq 36,2 faiz və 9,5 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti