...

Azərbaycanın sığorta bazarında xarici kapital iştirakının genişləndirilməsi barədə Rusiya sığortaçılarının rəyləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2008 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / " , müxbir Ü.İsmayılova/ Rusiyanın "ROSQOSSTRAX" şirkəti Azərbaycanın sığorta bazarında xarici kapital işitarkına qoyulan 49 faizlik limitin ləğv olunmasını müsbət qiymətləndirir. "49 faizlik limitin ləğvi - xarici sərmayəçilərin cəlb olunması üçün yaxşı addımdır" - deyə cümə axşamı "TrenCapital"a "ROSQOSSTRAX-Stolitsa" şirkətinin sığorta agenti Usnuns Arsen bildirib.

Onun sözlərinə görə, "ROSQOSSTRAX" artıq Rusiya bazarında öz səmərəli yerini tutub və şirkət üçün Azərbaycanın sığorta bazarına çıxmaq maraqlıdır.

Azərbaycanda xarici sərmayənin yerli sığorta şirkətlərində iştirak limiti mart ayının ortalarında "Sığorta fəaliyyəti haqqında" yeni qanunun qüvvəyə minməsi ilə ləğv olunub.

Amerikanın AİG sığorta şirkətinin ən iri tərəfdaşı olan Rusiyanın "Baş Agentləri Qrupu"nun əməkdaşı Aleksandr Yurasov hesab edir ki, Azərbaycan şirkətlərindən birini əldə etmək asan məsələ deyil. "Məsələn, Rusiyada AİG alış etməyib, ancaq AIG Life törəmə şirkəti yaradıb" - deyə Rusiya və Ukrayna ərazisində həyat sığortası sahəsində işləyən 2000-dən artıq tərəfdaşı birləşdirən qrupu təmsi edən Yurasov bildirib.

"Bu yaxınlarda MDB ölkələrində biznesin inkişafı perspektivləri məsələsi qaldırılıb. Şirkətin rəhbərliyi Ukraynada biznes yaradandan sonra Qazaxıstan, Monqolustan və digər ölkələrdə biznesin tətbiqi imkanlarını nəzərdən keçirir" - Yurasov bildirib.

"Birinci sığorta şirkəti" ASC-nin ictimaiyyətlə əlaqələr üzrə departamentinin direktor müavini Aleksey Dayxovski Trend a bildirib ki, şirkət hələlik Azərbaycanın sığorta bazarına sərmayə qoymaq niyyətində deyil. "Hazırkı mərhələdə bizim əsas məsələmiz - Rusiyada mövqeyimizi möhkəmləndirməkdir" - deyə Dayxovski bildirib.

Azərbaycan sığorta bazarında 28 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. 2007-ci ilin yekunlarına görə, şirkətlərin yığımlarının ümumi həcmi 35,62 mln. manat ödənişlə 147,2 mln. manat təşkil edib. 2007-ci ilin yekunlarına görə, sığorta bazarının lider onluğuna 5 mln. manatdan 20 mln. manat sığorta pulu göstəricilərinə malik şirkətlər daxildir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: Capital

Xəbər lenti

Xəbər lenti