...

Latviya bankı Azərbaycanda əməliyyat üzrə fəaliyyət planını təxirə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2008 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı,10 aprel/ Trend , müxbir İ.Xəlilova / Dünya maliyyə sistemində gərgin vəziyyətlə əlaqədar, Latviyanın "Parex Bank"ı Azərbaycanda əməliyyat fəaliyyətb və bankın açılışı planını təxirə salıb. Bu barədə Parex Asset Management IPAS -ın marketinq və satış üzrə şöbəsinin müdir müavini və baş vitse-prezidenti Oleq Karpov məlumat verib. (Hazırda Bakıda "Parex Bank"ın nümayəndəliyi fəaliyyət göstərir)

" Dünyanın bank sektorunda gərgin vəziyyətin yarandığı bir vaxtda xırdalanmaq çox çətindir" -Karpov dəqiqləşdirib. "Ona görə də, gücümüzü bir istiqamətə yönəltmək lazımdır. Ola bilər ki, planlarımız dünya iqtisadiyyatındakı narahat vəziyyətlə bağlı dəyişsin "

Onun sözlərinə görə, hazırda bank Almaniyada (Münhendə, Hamburqda, Berlində) çoxlu nümayəndəlik, İsveçdə bir neçə filial açaraq, Qərb istiqamətində güclü surətdə inkişaf edir.

Bununla yanaşı, o hesab edir ki, "Parex Bank"ın Azərbaycanda filialının açılışı faydalı və vaxtında olardı, amma əməliyyat fəaliyyətinin başlanması üzrə planların reallaşdırılması tarixi hələ dəqiqləşdirilməyib.

Karpov qeyd edib ki, dünya maliyyə böhranı Azərbaycanın bank sektoruna təsir etməsə də və Azərbaycandakı vəziyyət istisna olsa da , "Parex Bank" onu dünya iqtisadiyyatından ayrı nəzərdən keçirə bilməz.

"Hər halda, qeyri-standart məqamda addım atmaq istəməzdim, belə ki, əsasən Avropa və ABŞ da daxil olmaqla, böhran davam edir" - deyə Karpov bildirib.

Hazırda Qafqaz ölkələrindən "Parex Bank"ın nümayəndəliyi Azərbaycanda fəaliyyət göstərir. Bankın təsisçiliyi ilə "Parex Leasing" lizinq şirkəti açılıb. Gürcüstanda hələlik lizinq şirkəti fəaliyyət göstərir, bankın və ya "Parex Asset Management"in nümayəndəliyinin açılması da istisna deyil. Bank nümayəndəliyi MDB ölkələrindən Qazaxıstanda (Alma-atı) fəaliyyət göstərir.

Azərbaycanda bankın yaradılması imkanlarının nəzərdən keçirilməsi haqqında keçən ilin əvvəlində dövlətlərarası Azərbaycan-Latviya Komissiyası çərçivəsində, Azərbaycan Milli Bankı İdarə Heyətinin sədr müavini Rüfət Aslanlı məlumat verib. Onun sözlərinə görə, hələ "Parex Bank" AMB-ə müraciət etmək üçün hazırlaşır, ona görə də onun hansı formada təmsil olunacağı məlum deyil.

Azərbaycan bankları da Avropa bazarına maraq göstərir.

"Biz hazırda bank filialları və törəmə bankların Latviyada nümayəndəliyinin açılması prosedurlarını nəzərdən keçiririk"-deyə Aslanlı bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti