...

Azərbaycanın iri tikinti şirkəti tikinti materiallarının qiymətinin bahalaşması nəticəsində gəlirlərin azalmasını təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2008 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı,10 aprel / " müxbir Ü.İsmayılova/ Son zamanlar xarici tikinti materiallarının bahalaşması Azərbaycanın yeni yaşayış tikintisinin gəlirlərini azaldıb. Cümə axşamı Azərbaycanın ən iri tikinti şirkətlərindən biri olan Qaraxan MTK-nın pəhbəri Qaraxan Yaqubov Trend a bildirib ki, hər kvadrat metr daşınmaz əmlaka görə gəlirlər iki dəfə azalıb.

" Əvvəllər biz hər kvadrat metrə 30 manat gəlir əldə edirdiksə, indi bu məbləğ 10 -15 manat təşkil edir" - deyə Yaqubov bildirib.

Qaraxan MTK şirkətinin tikdiyi binaların mənzillərində bir kvadrat metrin orta qiyməti 800 manat təşkil edir, iki il əvvəl şirkət bir kvadrat metri 400 manata satıb.

" Gəlirlərin azalması, əsasən, xaricdən gətirilən tikinti materiallarının bahalaşması ilə əlaqədardır" - deyə şirkətin rəhbəri bildirib.

Yaqubov qeyd edib ki, ən keyfiyyətli tikinti armaturu Ukraynada istehsal olunur. Dünyada qazın qiymətinin mühüm dərəcədə artması armaturun qiymətlərinin əhəmiyyətli şəkildə bahalaşmasına gətirib çıxarıb.

Azərbaycanda Ukrayna armaturunun bir tonu 1250 manata satılır ki, bu da iki il əvvəlki qiymətlərdən 2,5 dəfə çoxdur. Azərbaycanda keyfiyyətli sementin bir kisəsi 7,9 manatdır, iki il əvvəl isə, sementin qiyməti 3,9 manat olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capital

Xəbər lenti

Xəbər lenti