...

Azərbaycanda yaz əkini sahəsi genişləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2008 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend S.Babayeva/ Aprelin 1- nə olan məlumata görə, Azərbaycanda yaz əkini 104,2 min hektar sahədə həyata keçirilib ki, bu da 2007-ci ilin analoji dövrü ilə müqayisədə 6,03 min hektar çoxdur. Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin cümə axşamı yayılan məlumatında bildirilir.

Dənli bitkilərin əkin sahəsi 8,6 min ha (+171 ha), qarğıdalı 1,5 min ha (+170 ha), kartof 35,3 min ha (+1,5 min ha), tərəvəz 20,1 min ha (+204 ha), bağça bitkiləri 2,6 min ha (+243 ha), yonca 30,5 min ha (+779), şəkər çuğunduru 1,9 min ha (+1,4 min ha) təşkil edib.

Nazirlikdə hesab edirlər ki, hazırda məhsulun həcmini proqnozlaşdırmaq tezdir, belə ki, əkin işləri hələ ki, davam etdirilir və hava şəraitindən asılı olaraq dəyişə bilər.

Xəbər lenti

Xəbər lenti