...

Azərbaycanın özəl bankı ipoteka portfelinin sekyuritizasiyası üçün imkanları öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2008 21:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel/ " müxbir İ.Xəlilova/ Sekyuritizasiya vasitəsilə ipoteka kreditləşməsinə əlavə vəsaitlərin cəlb edilməsi üçün Texnika Bank beynəlxalq maliyyə institutları ilə danışıqlar aparır. Bu barədə bankın idarə heyətinin sədri Samir Hüseynov məlumat verib.

"Biz sekyuritizasiya layihəsinin reallaşdırılma imkanlarını öyrənirik. Lakin bunun üçün bank $75 mln. həcmində ipoteka portfelinə malik olmalıdır", - Hüseynov qeyd edib.

Bununla əlaqədar olaraq, 2008-ci ildə Texnika Bank-ın fəaliyyətinin əsas prioriteti əlavə olaraq minimum $75 mln. - $100 mln. cəlb edilməsi üçün mənzil maliyyələşdirməsi çərçivəsində kredit portfelinin, onun sonradan satılması məqsədilə, bu ölçüyədək çatdırılmasıdır. Bank xarici maliyyə bazarlarına sekyuritizasiya aparmağı planlaşdırır. Real olaraq bu ,2009-cu ilin birinci yarısında mümkün olacaq.

Hüseynovun sözlərinə görə, bank hazırda mövcud milli qanunvericilik çərçivəsində mülkiyyət hüquqlarının ötürülməsinin hüquqi və texniki imkanlarının öyrənilməsini həyata keçirir. Belə ki, sekyuritizasiya zamanı girov təminatı üzrə hüquqların ötürülməsi tələb olunur.

"Hesab edirəm ki, qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi tələb olunur", - Texnika Bank-ın rəhbəri bildirib.

Hazırda bankın ipoteka portfeli 27 mln. manat təşkil edir. Qara dəniz Ticarət və İnkişaf Bankından ipoteka kreditləşməsi üçün cəlb edilmiş $8 mln. kredit 85 faiz mənimsənilib. Hazırda ipoteka kreditlərinin cəlb edilməsi üzrə beynəlxalq təşkilatlar, özəl Avropa investisiya şirkətləri ilə danışıqlar aparılır.

Azərbaycan Milli Bankının hazırki məzənnəsi 0,83 AZN/USD təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti