...

"Palmali" şirkəti "LUKOYL"dan 70 milyon dollara iki tanker alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2008 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / Trend / "Palmali" Şirkətlər Qrupu iki müasir buzadavamlı gəminin alınması ilə bağlı işləri başa vurub. Bu barədə şirkətin cümə günü yayılmış məlumatında bildirilir.

"LUKOYL" şirkətindən alınmış 19800 ton dedveytə malik iki gəmi -- "Bozdağ" ( keçmiş adı "Saratov") və "Ginaldağ" (keçmiş adı "Usinsk") gəmiləri "Palmali" şirkətinin donanmasına daxil olub. Sazişin qiyməti 70 mln. dollar dəyərindədir.

Gəmilər 2002- ci ildə Sankt-Peterburq şəhərində yerləşən "Admirallıq Tərsanələrində" inşa olunub.

Gəmilərin burun hissəsində quraşdırılan yükləmə-boşaltma avadanlığı tankerin yüklənib boşaldılmasını həm limanda, həm də üzən yükləmə-boşaltma qovşağında aparmağa imkan verir. Gəmilərin gövdəsinin xüsusiyyətləri, əsas güc qurğusunun gücü və müasir naviqasiya avadanlığı bu tankerləri adi neft tankerlərinin istidadəsi mümkün olmayan çətin buzlu şəraitə malik şimal dənizlərində təhlükəsiz istismar etməyə imkan verir.

"Palmali" Avropanın məhşur treydinq şirkətlərindən biri olan "Litasko" ilə daşııqların təşkili üzrə müqavilə imzalamaqla, yeni alınmış tankerlər üçün yük bazasını yaratmış oldu.

Adı çəkilən gəmilər Murmansk limanında təhvil alınıb və reysə çıxmağa hazır vəziyyətdədirlər.

Xəbər lenti

Xəbər lenti