...

Azərbaycan banklarında əhali əmanətlərinin artımı 80 faizi ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2008 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir İ.Xəlilova/ Cari ilin fevral ayında Azərbaycan banklarının depozit bazası 16,1 faiz artıb, 2007-ci ilin analoji dövrü ilə müqayisədə, bu göstərici üzrə artım 75,8 faiz təşkil edib. Bu barədə cümə günü Azərbaycan Milli Bankından (MB) məlumat verilib.

MB-ın məlumatına görə, martın 1-nə hüquqi və fiziki şəxslərin bank depozitləri və əmanətlərinin ümumi həcmi yanvarın 1- nə olan 3183,7 mln. manat və 2007-ci ilin 2065,1 mln. manatına nisbətdə 3629,8 mln. manat təşkil edib. Bu həcmin 1681,2 mln. AZN manat vəsaitinin, yerdə qalan hissəsi isə valyutanın payına düşüb. Fevral ayı ərzində manat depozitlərinin artım həcmi 6,9 faiz təşkil edib.

Fevral ayı ərzində fiziki şəxslərin əmanətləri 4,3 faiz, hüquqi şəxslərin depozitlərinin artımı isə 27 faiz təşkil edib. İl ərzində korporativ müştərilərin 69,3 fıaizlik depozit artımı ilə yanaşı, fərdi müştərilərin depozit artımı 85,1 faiz təşkil edib.

Martın 1-nə ölkə banklarında fiziki şəxslərin əmanətləri 1563,4 mln. manata qədər artıb. Bu göstərici yanvarın 1-də 1 468,4 mln. manat, 2007-ci il martın 1-də isə 844,6 mln. manat təşkil edib. Hüquqi şəxs depozitlərinin həcmi martın 1-nə olan məlumata görə, 2066,5 mln. manat təşkil edib ki, bu göstərici yanvarın 1-də 1715,3 mln. manat, ötən il martın 1-də isə 1220,5 mln. manata bərabər olub.

Marın 1-nə fiziki şəxslərin əmanət və depozitlərinin 729 mln. manatı (Ay ərzində +5,1 faiz) milli valyuta ilə, 834,4 mln. manatı isə (+3,5 faiz) ADV ilə yerləşdirilib.

hüquqi

Hüquqi şəxslərin depozitlərindən 952,3 mln. AZN (+8,4 faiz)  əmanət manatla, 1114,2 mln. AZN (+48,9 faiz)  əmanət isə, ADV ilə yerləşdirilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti