...

Azərbaycan bankı avrobondların buraxılışını yarım il müddətinə dondurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2008 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel/ " müxbir İ.Xəlilova/ UniBank qısamüddətli perspektivdə avroistiqrazların yerləşdirilməsi üçün dünya kapital bazarlarına çıxmağı planlaşdırmır. Bu barədə bankın idarə heyətinin sədri Faiq Hüseynov məlumat verib. Bank bu layihəni ən azı yarım il müddətinə dondurub. Belə ki, dünya likvidlik böhranı davam edir. Avroistiqrazların birinci yerləşdirilməsinin həcminin $150 mln. olacağı gözlənilir.

UniBank ilkin olaraq onları ötən ilin noyabrında yerləşdirməyi planlaşdırıb. Lakin bazarlarda olan qeyri-sabit vəziyyətə görə, layihəninr reallaşdırılmasını təxirə salıb. Bu vəziyyət avrobondların debüt buraxılışına hazırlaşan bütün Azərbaycan emitentlərinin planlarında öz əksini tapıb. Birinci növbədə, ölkə hökuməti suveren bondların yerləşdirilməsindən imtina edib, sonra isə banklar - Azərbaycan Beynəlxalq Bankı, Texnika Bank.

Banklar və hökumətin planları xarici bazarlardakı vəziyyətdən asılıdır. Belə ki, hazırki vaxtda vəsaitlərin cəlb edilməsi üçün qiymətlər çox yüksəkdir. Bundan əlavə, UniBank suveren avrobondların yerləşdirilməsindən sonra özünün qiymətli kağızlarının emissiyasını həyata keçirməyi üstün tutur.

UniBank ölkənin aparıcı özəl banklarından biridir, 2002-ci ildə MBank və Promtexbank-ın birləşməsi nəticəsində təsis edilib. AYİB -in Azərbaycan bankının kapitalındakı iştirak payı 15 faizdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti