...

Azərbaycanda Lizinq Fondu yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2008 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel/ " müxbir Ü.İsmayılova/ Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının 2008-ci il üçün planlarına gələcək inkişaf məqsədilə lizinq şirkətlərinin maliyyələşdirilməsi üçün daha ucuz vəsaitlə təmin edəcək Lizinq Fondunun yaradılması daxildir. Bu barədə cümə günü Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası idarə heyətinin sədr müavini Azər Məmmədov məlumat verib.

"Assosiasiya BMK, AYİB və AİB ilə Lizinq Fondunun yaradılması haqqında danışıqlar aparır", - Məmmədov bildirib.

Onun sözlərinə görə, Lizinq Fondunun yaradılması investisiya şirkətinin yaradılmasına bərabər olacaq. Fond cəlb edilmiş vəsaitlərə malik olacaq və yerli lizinq şirkətlərini maliyyələşdirə biləcək.

"Fondun yaradılması ümumilikdə bütün bazarı inkişaf etdirəcək vəsaitlərin və korporativ müştərilərin artmasına yardım göstərə biləcək", - Məmmədov bildirib.

Hazırda Azərbaycanda 7 fəal lizinq şirkəti var. 2007-ci il dekabrın 31-nə lizinq şirkətlərinin ümumi portfeli 140 mln. manat təşkil edib və bu, 2006-cı ilin analoji dövrünün göstəricilərini 110 faiz ötüb. 2006-cı ilə portfel təqribən 59 mln. manat olub.

Xəbər lenti

Xəbər lenti