...

Bakıda Azərbaycan -Yunanıstan Biznes-Forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2008 19:27 (UTC +04:00)

Azərbaycan,Bakı,11 aprel / Trend / Bakıda Azərbaycan -Yunanıstan biznes-forumu keçiriləcək, Azərbaycan Sahibkarlar (İşəgötürənlər)Təşkilatı Milli Konfederasiyasından məlumat verib.

Aprelin 15-də keçiriləcək forumda Yunanıstan tərəfdən tikinti maşınları və avadanlığı istehsalı və satışı, dəri və xəz məhsullarının istehsalı və satışı, dərman preparatlarının istehsalı, konservləşdirilmiş meyvələr, şirələr, həmçinin, metal konstruksiya və məmulatları ilə məşğul olan şirkətlər təmsil olunacaq.

Biznes-Forumda Azərbaycandan 40-a yaxın sahibkarın iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti