...

Azərbaycan və Türkiyə ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı üçün protokol imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2008 19:47 (UTC +04:00)
Azərbaycan və Türkiyə ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı üçün protokol imzalayıblar

Azərbaycan, Bakı, 11 aprel/ " müxbir İ.Xəlilova/ İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə hökumətlərarası iclasın aprelin 11-də Türkiyədə keçirilən 4-cü iclasının yekunları üzər protokol imzalanıb.

"Sənədin imzalanması ikitərəfli əməkdaşlığın inkişafı yolunda müxtəlif baryerlərdən qoruyur", - Azərbaycanın Türkiyədəki Fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov iclasın yekunları üzrə cümə günü telefonla Trend -a bildirib.

Görüşdə hüquq, ticari-iqtisadi əməkdaşlıq, energetika sahəsində əməkdaşlıq, həmçinin, nəqliyyat, informasiya və rabitə sahəsində məsələlər müzakirə edilib.

Türkiyə tərəfi Azərbaycanın nəqliyyat vasitələrinin yol vergisi üzrə əlavə ödəmələr həyata keçirilmədən, Türkiyə ərazisində qalma müddətinin 30 gündən 60 günədək uzadılması barədə rəsmi Bakının təklifini diqqətə alıb. Həşimovun sözlərinə görə, Türkiyə bu təklifi nəzərdən keçirməyə vəd verib. Nəqliyyat məsələlərinin həlli üçün xüsusi komissiya yaradılıb.

Komissiya Türkiyədən alınan borcun qaytarılması üçün Naxçıvan Muxtar Respublikası tərəfindən həyata keçirilən enerji mübadiləsi məsələsinə də toxunub. NMR artıq 15 mVt enerji ötürüb.

Münasibətlərin inkişafı üçün görüşdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı layihələrin reallaşdırılmasının vacibliyi qeyd edilib. İclasda BTC-nin genişləndirilməsi məsələsinə toxunulmayıb. Belə ki, belə məsələlərə energetika idarələrinin xüsusi komissiyalarında baxılır.

Azərbaycan tərəfdən hökumətlərarası komissiyaya Baş nazirin müavini Abid Şərifov başçılıq edir.

Bu gün Azərbaycan və Türkiyə arasında yalnız enerji deyil, qeyri-neft sektorunda da fəal əməkdaşlıq aparılır. Nəticədə, bu gün ölkənin qeyri-neft sektorunda türk investisiyalarının xüsusi çəkisi ən yüksəkdir və $2,2 mlrd.-ı ötür.

Bu gün Türkiyənin iş adamları, əsasən, xidmətlər və ticarət sahələri ilə məşğul olurlar. Lakin, hökumətdən hesab edirlər ki, onların Azərbaycan üçün prioritet olan sektorlara: turizm, mehmanxana biznesi, mebel istehsalı və ümumilikdə kiçik və orta müəssisələrdə iştirak üçün cəlb edilməsi vacibdir.

Bundan əlavə, respublikada Türkiyə ilə kifayət qədər yaxşı hüquqi baza yaradılıb və o Azərbaycana investisiya yatırmaq üçün məqbul şərait yaradır. Azərbaycan və Türkiyə arasında əməkdaşlıq haqqında protokol var, ikiqat vergitutmadan yayınmaq haqqında, investisiyaların qarşılıqlı müdafiəsi haqqında saziş fəaliyyət göstərir. Türkiyənin TPAO şirkəti tərəfindən Azərbaycanın neft sektoruna yatırılan investisiyalar indiyədək $2,2 mlrd. həcmində olub. Lakin 2012-ci ilədək bu məbləği $4,5 mlrd.-dək çatdırmaq planlaşdırılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti