...

Avronun möhkəmlənməsi Avropa Mərkəzi Bankını valyuta siyasətini zəiflətməyə məcbur edəcək – britaniyalı iqtisadçı

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2008 13:09 (UTC +04:00)
Avronun möhkəmlənməsi Avropa Mərkəzi Bankını valyuta siyasətini zəiflətməyə məcbur edəcək – britaniyalı iqtisadçı

Azərbaycan, Bakı, 12 aprel/ Trend , müxbir A.Bədəlova/ Avropa Mərkəzi Bankı (AMB) Avropa ölkələrinin digər mərkəzi banklarının nümunəsinə əməl edərək faiz dərəcəsini azaldacaq. Britaniyanın iqtisadi tədqiqatlar üzrə aparıcı konsaltinq şirkətlərindən biri "Capital Economics"in Avropa iqtisadiyyatı üzrə mütəxəssisi Cenifer Makkeon belə hesab edir.

Britaniyanın "Capital Economics"dən Trend a bildiriblər ki, artan düşmə və qiymətlərə təzyiqin azalması nəticəsində AMB-nin faiz dərəcələrinin azalması tezliklə baş verəcək.

"Bizim proqnozlarımıza görə, Avropa Mərkəzi Bankı faiz dərəcələrini iyundan gec olmayaraq azaldacaq", - Makkeon hesab edir.

Avropa Mərkəzi Bankının rəhbərliyi cümə axşamı keçirilən iclasında əsas faiz dərəcəsini dəyişikliklər edilmədən dörd faiz səviyyəsində saxlamağı qərara alıb. Eyni zamanda, İngiltərə Bankı dərəcəni 0,25 faiz bəndi azaldaraq 5 faizə endirib. Mərkəzi Bankın yekdil qərarı Avrozonada inflyasiya təhlükəsinin qarşısının alınması üçün qəbul edilib.

"Capital Economics"in iqtisadçısının sözlərinə görə, avronun möhkəmlənməsi və çətin kreditləşmə şəraiti yaxın aylarda bankı valyuta siyasətini zəiflətməyə məcbur edəcək.

"Biz növbəti ildə AMB-nin faiz dərəcəsini üç faizədək azaldacağını proqnozlaşdırırıq", - Makkeon bildirib.

Bu həftə Vaşinqtonda "Böyük səkkizlik" ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü baş tutub. "Bloomberg"in məlumatına görə, görüşdə onlar dünya iqtisadiyyatının inkişafının pisləşməsi ehtimalı olduğunu bildirib və dolların zəifləməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

"Bizim son görüşümüzdən bir çox valyutalarda dayanıqsızlıq müşahidə edilir və biz onun iqtisadiyyat və maliyyə sabitliyi üçün nəticələri ilə əlaqədar narahatıq", - "Böyük səkkizliy"in bəyanatında deyilir.

İclasda kredit böhranı ilə mübarizəyə yönəlmiş plan təqdir edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti