...

Kapitallaşmasına görə Azərbaycanın ən iri sığorta şirkətinin aktivləri 2007-ci il ərzində təxminən 20 milyon manat təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2008 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel / Trend / Nizamnamə kapitalının həcminə görə Azərbaycanın iri sığorta şirkəti olan "Xalq Sigorta"nın aktivləri 2007-ci ilin yekunları üzrə 19,7 mln. manat təşkil edib. Bu barədə şirkətin şənbə günü yayılan məlumatında bildirilir. Şirkətin nizamnamə kapitalı 10,68 mln. manat təşkil edir.

"Xalq Sigorta"nın 2007-ci ilin yekunları üzrə sığorta haqları 13,19 mln. manat, sığorta ödəmələri isə 1,25 mln. manat təşkil edib.

Şirkətin banklarda depozit hesabları 12,3 mln. manat təşkil edib. Ötən il sığorta ehtiyatları 1,5 mln. manat, zərər ehtiyatları isə 750 min manat təşkil edib.

"Xalq Sigorta" şirkəti 2005-ci ildən sığota bazarında fəaliyyət göstərir. Şirkət 20 sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti