...

AMB Azərbaycanın bank sektorunda kapitalın adekvatlılıq normalarını dəyişmək niyyətində deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2008 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel/ " , müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankı hesab edir ki, bankların kapitallarının minimal ölçüsünə normativ tələblərin qoyulması təcrübəsinə qayıtmaq aktual deyil. Belə ki, ümumi kapitala olan sonuncu tələb 10 mln. manatı ötür və bu Avropa İttifaqı ölkələrində bank sektoru üçün normativləri ötür. Bu barədə AMB-nin İdarə Heyətinin sədr müavini Rüfət Aslanlı məlumat verib.

"Kapital aktivlər üzrə risklərin təmin edilməsinə xidmət edir. Beynəlxalq təcrübədə isə bu kapitalın adekvatlılığı normativi ilə nizamlanır", - Aslanlı dəqiqləşdirib.

Azərbaycanda bu normativ 12 faiz səviyyəsində müəyyən edilib və onun artırılması məsələsi də həmçinin gündəlikdə dayanmır. Belə ki, beynəlxalq təcrübədə kapitalın adekvatlılığına tələblər bu göstəricidən aşağıdır və səkkiz faiz təşkil edir. Azərbaycanda Bazel standartları üzrə qəbul edilmiş normativlərin artırılması bank sektorunu keçid iqtisadiyyatı şəraitində, ölkənin bank sektorunun fəal inkişafı, iqtisadiyyatın dinamik inkişafı ilə bağlı yaranacaq risklərdən qorumaq məqsədilə şərtləndirilir.

İdarə Heyətin sədr müavininin rəyinə görə, kapitalın adekvatlılığı normativi ümumi kapitalın aktivlərə nisbəti 12 faizə yaxınlaşarkən bankları kapitallaşmağa məcbur edir. Bu normativin pozulduğu halda bu banklar "Banklar haqqında" Qanuna müvafiq olaraq öz aktivlərini artıra bilməyəcəklər, yəni, əmanətlər və digər vəsaitlər cəlb edə bilməyəcəklər və beləliklə aktivlər üzrə risk yerləşdirmək imkanlarını itirəcəklər.

Bu gün Azərbaycanda bank sektoru üzrə kapitalın adekvatlılığının orta göstəricisi normativə qarşı təqribən 20 faiz təşkil edir. Bu bankların aktivlərdən gələn risklərə münasibətdə kifayət qədər kapitallaşmasından xəbər verir.

"Əlbəttə, elə banklar var ki, dinamik inkişaf edirlər və onların kapitalları 15-16 faiz səviyyəsindədir ki, bu da normativdən çoxdur. Lakin onlar daimi olaraq kapitallaşırlar. Kapitalın adekvatlılığı normativi onun artırılmasını zəruri edir", - Aslanlı bildirib.

2007-ci il ərzində bankların ümumi kapitallarının həcmi iki dəfə artaraq 1 mlrd. manatı ötüb. Respublikada ümumilikdə 46 bank fəaliyyət göstərir, lakin onlardan ikisi ilin sonunda yaradılıb. 2007-ci ilin əvvəlində təqribən 16-17 bankın kapitalı normativ tələbdən asılı olmayaraq 10 mln. manatı ötüb. 2008-ci ildə bank sektorunun inkişaf templəri ötən il olduğu kimi 60-70 faiz səviyyəsində olarsa, bu, banklar tərəfindən öz kapitallarının 30-35 faiz artırılmasına gətirəcək.

Kapitallaşma ilə bağlı problemlərə görə, yeddi banka əhalinin əmanətlərinin cəlb edilməsi üzrə qadağa qoyulub və bu gün onların portfeli sıfıra endirilib. Belə ki, sanksiyaların tətbiq edildiyi vaxt ərzində onlar əmanət cəlb etməyiblər, mövcud əmanətlər üzrə müddət isə başa çatıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti