...

"New Holland" çərçivəsində "Unileasing" sərmayələrinin həcmi 1 milyon dolları keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2008 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend / "Unileasing" lizinq şirkəti tikinti texnikasının reallaşdırılması üzrə "New Holland" layihəsinin həyata keçirilməsi ilə bağlı ilkin nəticələri elan edib. Bu barədə şirkətin bazar ertəsi yayılmış məlumatında bildirilir.

2007-ci il avqustun sonunda "Grand Motors" və "Unileasing" şirkətləri "New Holland tikinti texnikasının lizinqi" birgə layihəsini həyata keçirməyə başlayıb.

Layihənin şərtlərinə uyğun olaraq, ən müasir ekskavatorlar, buldozer və yükvuran maşınları illik 16%-lik dərəcə ilə, 48 ay müddətinə lizinq vasitəsilə əldə etmək olar.

Layihənin həyata keçirilməsi zamanı 25-dən artıq tikinti texnikası realizə edilib. "Unileasing" şirkətinin sərmayə qoyuluşları isə 1 milyon dollar məbləğini aşıb.

Layihənin nəticələrinə görə, orta hesabla hər ikinci "New Holland" tikinti texnikası yerli bazarda "Unileasing" şirkətinin sərfəli maliyyə vasitəsinin köməyilə realizə edilir.

Xəbər lenti

Xəbər lenti