...

Azərbaycan əhalinin adambaşına düşən büdcə xərclərinin həcminə görə MDB və dünyada qabaqcıl ölkədir – dövlət başçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2008 18:50 (UTC +04:00)
Azərbaycan əhalinin adambaşına düşən büdcə xərclərinin həcminə görə MDB və dünyada qabaqcıl ölkədir – dövlət başçısı

Azərbaycan, Bakı, 14 aprel/ " 2008-ci ilin yanvar-martında Azərbaycanda ÜDM 14 faiz artıb, 2004-2007-ci illər ərzində iqtisadiyyatın artımı 96 faiz təşkil edib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Nazirlər Kabinetinin iclasında bildirib.

"Azərbaycan əhalinin adambaşına düşən büdcə xərclərinə görə, həm MDB, həm də dünyada qabaqcıl ölkə olaraq qalmaqda davam edir. Ölkənin valyuta ehtiyatları $9 mlrd.-a çatıb", - İlham Əliyev bildirib.

Prezident bütün bu məsələlərin əhalinin həyat səviyyəsinin yaxşılaşmasında aparıcı rol oynadığını və bunun dövlət siyasətinin əsas prioriteti olduğunu xüsusilə qeyd edib.

"Üç ay ərzində əhalinin pul gəlirləri 33 faiz, real gəlirləri isə, 18 faiz artıb", - prezident bildirib.

Dövlət başçısı ölkədə qiymət artımının qarşısının alınması, yoxsulluğun səviyyəsinin azaldılması və işsizliyin ləğvi ilə əlaqədar tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. 2004-cü ildən bu günədək 668 min yeni iş yeri yaradılıb ki, bunun 478 mini daimidir.

Prezident neft strategiyasının reallaşdırılmasının vacib olduğunu bildirib və qeyri-neft sektorunun inkişafına diqqət ayrılacağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti