...

Güclü avro Avropanın inkişafını ləngidir – Britaniyanın Morgan Stanley bankının iqtisadçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2008 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel/ Trend , müxbir A.Bədəlova/ Güclü Avropa valyutası Avropa iqtisadi artımını ləngidəcək. Britaniyanın Morgan Stanley bankının iqtisadçısı Lyuka Bindelli (Luca Bindelli) belə hesab edir.

"Avropa Mərkəzi Bankının (AMB) diqqəti hələ də yüksək ortamüddətli inflyasiya risklərinə yönəlib. Dünya iqtisadi düşməsi, güclü Avropa valyutası, həmçinin, yüksək dayanıqlı LİBOR dərəcəsi inflyasiya risklərini azaltmaqla, Avropa iqtisadiyyatının artımını ləngidəcək", - Bindelli bazar ertəsi Trend -a bildirib.

Onun sözlərinə görə, AMB bu ilin ikinci yarısında faiz dərəcəsini azaldıb. "Biz 2008-ci ilin dördüncü rübündə dərəcələrin 25 bənd azalacağını proqnozlaşdırırıq", - o bildirib.

ABM rəhbərliyi ötən həftə keçirilən iclasda əsas faiz dərəcəsini dəyişikliklər edilmədən 4 faiz səviyyəsində saxlamaq barədə qərar qəbul edilib. Mərkəzi bankın yekdil qərarı inflyasiya təhlükəsinin qarşısının alınması üçün edilib. Eyni zamanda, İngiltərə Bankı dərəcəni 0,25 faiz bəndi azaldaraq, 5 faizə çatdırıb.

Zəif dollardan danışan Bindelli qeyd edib ki, Amerika valyutası yəqin ki, 2008-ci ilin ikinci yarısından etibarən möhkəmlənməyə başlayacaq.

"Bu gün, xüsusilə də avroya münasibətdə, ən ucuz valyuta dollar hesab edilir. Dolların dəyəri ABŞ Federal Ehtiyat Sisteminin (FES) dərəcənin azalmasını dayandırması, Avrozonada getdikcə daha çox ləngimə müşahidə edildikcə, Birləşmiş Ştatlar iqtisadiyyatının bərpa olunmağa başlaması ilə qalxmağa başlayacaq", - o bildirib.

Bu ilin əvvəlindən Amerika valyutası dollara nisbətən 7,8 faiz ucuzlaşıb. "Böyük Yeddilik" ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri görüşdə dolların zəifləməsi ilə bağlı narahatlıq bildiriblər. Görüşün yekunu üzrə bəyanatda deyilir ki, "G7-nin sonuncu görüşündən sonra bir çox valyutalarda dayanıqsızlıq müşahidə olunub və biz onun iqtisadi və maliyyə sabitliyi üçün nəticələrindən narahatıq".

"Böyük Yeddilik" Çini artan müsbət xarici ticarət saldosu və daxili inflyasiya ilə əlaqədar yuanın məzənnəsinin sürətlə möhkəmləndirməyə çağırıb.

""Böyük Yeddiliyin" görüşündə koordinasiya edilmiş müdaxiləyə dair heç bir işarə olmayıb. Biz hesab edirik ki, müdaxilə səmərəli olmalı, AMB öz mövqeyini yumşaltmalıdır",- Bindelli bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti